Berlin Prokurorluğunda gözləyən işlərin sayı artmağa davam edir. Alman Hakimlər Birliyinin məlumatına görə, ilin ilk yarısında paytaxtda 54.905 iş nəticələndirilməmişdi ki, bu rəqəm 2024-cü ilin sonunda (52.063) olan göstəricidən təxminən 2.800 çoxdur.
Kiçik və orta səviyyəli cinayətləri araşdıran prokurorluq paytaxtdakı işlərini çətinliklə idarə edə bilir. Çünki mövcud işlərə davamlı olaraq yenilər əlavə olunur.
***
Məlumata görə, bu il 30 iyun tarixinə qədər 172.149 yeni iş qeydə alınıb. 2024-cü ildə prokurorluq orqanları ümumilikdə 364.654 yeni işlə qarşı-qarşıya qalmışdılar. Hakimlər Birliyinə görə, 2025-ci ilin ilk yarısında ölkə üzrə prokurorluqlara mövcud iş yığınlarına 2,7 milyondan çox yeni iş əlavə olunub. Federal Baş İdarəçi Sven Rebehn, “Nəticədə, bir çox cinayət işləri uzanır və işlərin dayandırılma nisbəti artır”, – deyib
Almaniyadakı prokurorluqlar, ümumilikdə 981.633 araşdırılmayan işlə qarşı-qarşıyadır. 2025-ci ilin ilk yarısında əlavə 30.781 yeni iş qeydə alınıb. 2024-cü ilin sonunda 950.852 emal olunmamış işlə rekord səviyyəyə çatılmışdı.
***
Bu rəqəmlər fonunda Alman Hakimlər Birliyi, federal hökumətin vəsait ayıra bilməsi üçün ştatlardan məhkəmə sisteminə yeni kadrlar üçün tez bir öhdəlik tələb edir. Rebehn deyib ki, “Cinayət hüququ, cinayətlə mübarizədə dar boğaz halına gəlməməlidir”.