Vaxt.Az

Xərçəngdə cığır açacaq yenilik


 

“BioNTech”dən xəstəliklə bağlı tarixi addım

Xərçəngdə cığır açacaq yenilik “BioNTech” inkişaf etdirdiyi yeni süd vəzisinin xərçənginə qarşı dərmanın “Faz 3” sınaqlarında uğur qazandığını açıqladı. Yeni dərman, HER2 pozitiv hallarda mövcud müalicədən daha effektiv nəticələr göstərib.

“COVID-19” peyvəndi ilə adını bütün dünyaya tanıdan “BioNTech” indi də xərçəng müalicəsində mühüm bir uğura imza atıb.

Şirkət Çinli tərəfdaşı “Duality Biologics” ilə birgə inkişaf etdirdiyi təcrübəvi süd vəzisinin xərçəng dərmanı “Faz” 3 klinik sınaqlarda ümidverici nəticələr göstərib.

 

Yeni dərman “Roche”un müalicəsindən daha effektiv

 

“BNT323” adlandırılan dərman, “HER2” pozitiv, çıxarıla bilməyən və ya bədənin digər hissələrinə yayılan (metastatik) süd vəzisinin xərçəngi xəstələrində “Roche”un mövcud dərmanı “Kadcyla” ilə müqayisə edilib. Aparılan ilkin qiymətləndirmələrdə, “BNT323” xəstəliyin irəliləmədən keçən müddəti əhəmiyyətli dərəcədə uzatdığı müəyyən edilib. Bu, “BioNTech”in xərçəng müalicələri sahəsində “Faz 3” səviyyəsində əldə etdiyi ilk böyük klinik uğurdur.

Şirkət nümayəndələri, bu nəticənin dərmanın qeydiyyata alınması və klinik istifadəyə təqdim olunması baxımından çox kritik bir addım olduğunu vurğulayıblar.

“BNT323” antikor-dərman “konjugatı” adlanan xüsusi texnologiyaya əsaslanır. Bu üsulla dərman birbaşa xərçəng hüceyrələrini hədəf alır və sağlam hüceyrələrə minimum zərər verərək yüksək dəqiqliklə təsir göstərir. Beləliklə, həm daha effektiv, həm də yan təsirləri az olan bir müalicə imkanı təqdim olunur.

“BioNTech”in bu sahədəki rəqiblərindən biri “AstraZeneca”nın inkişaf etdirdiyi “Enhertu” adlı digər “HER2” yönümlü dərmandır. Lakin “BNT323”ün “Faz 3”də göstərdiyi uğur onu bazarın güclü oyunçularından birinə çevirə bilər.

“BioNTech” və “Duality Biologics” Çin-də əldə edilən bu pozitiv nəticələrdən sonra tənzimləyici qurumlarla görüşlərə başlayacaqlarını açıqlayıblar. Məqsəd dərmanın əvvəlcə Çində, sonra isə beynəlxalq səviyyədə təsdiq alaraq bazara təqdim olunmasıdır.

 





08.09.2025    çap et  çap et