Vaxt.Az

«İşsizliyin səviyyəsi artıb»


 

Bakıda İƏT-in iclası öz işinə başlayıb

«İşsizliyin səviyyəsi artıb» Son illərin qlobal iqtisadi-maliyyə böhranı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək bazarına təsirsiz ötüşməyib, bir sıra dövlətlərdə çoxsaylı iş yerlərinin bağlanmasına səbəb olub.


ANS PRESS-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı Çərçivə sənədinin icrası üzrə Rəhbər Komitənin ilk iclası deyib.

Onun sözlərinə görə, 2012-ci ildə dünya üzrə gənclərin işsizlik səviyyəsi 12.6 faiz olduğu halda, İƏT ölkələri üzrə orta göstərici 15.6 faiz olub: «Reallıq budur ki, hazırda dünyanın digər inkişaf etmiş regionları ilə müqayisədə İƏT regionunda ümumi və ayrı-ayrı əhali qrupları üzrə məşğulluq səviyyəsi aşağı olaraq qalır».

Nazir bildirib ki, bununla belə, Ermənistanın Azərbaycana hərbi təcavüzünün ölkəmizin iqtisadi-sosial

inkişafında böyük maneə olduğu deyib: «Bu təcavüz nəticəsində Azərbaycan iqtisadiyyatına 60 milyard dollardan çox ziyan dəyib. Lakin son 10 ildə ölkəmizin ümumdaxili məhsulu 3.4 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,6 dəfə artıb, iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 132 milyard dollar təşkil edib, strateji valyuta ehtiyatları 50 milyard dolları ötüb».

Qeyd edək ki, tədbirdə komitəyə üzv ölkələr - Azərbaycan, Türkiyə, İndoneziya, Qvineya, Kamerun, Küveyt, Səudiyyə Ərəbistanı, Liviya və Malayziyadan nümayəndələr iştirak edir.

 

***

 

İşsizlər bədbinliyə qapılmasın. Onlara şad bir xəbər var. Belə ki, 2015-ci ildə il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi yaradıla bilər. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda keçirilən İƏT-in əmək, məşğulluq və sosial müdafiə ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitənin ilk iclasında deyib. Nazir İƏT-in əmək nazirlərinin 2015-ci ildə İndoneziyada keçiriləcək növbəti konfransında sözügedən Əmək Mərkəzinin yaradılması ilə bağlı qərar qəbul ediləcəyinə əminliyini bildirib.

Onun sözlərinə görə, İƏT-in əmək nazirlərinin ötən ilki konfransının Yekun Bəyannaməsində İƏT Katibliyinə Bakıda Əmək Mərkəzinin yaradılması ilə bağlı müvafiq araşdırmaların aparılması tapşırılıb.

 





17.06.2014    çap et  çap et