Vaxt.Az

Yarıdan çoxu narazıdır


 

ABŞ-da aparılan sorğu Trampın siyasətinin bəyənilmədiyini ortaya çıxarıb

Yarıdan çoxu narazıdır ABŞ-da keçirilən sorğuda iştirakçıların 56%-i Donald Trampın prezidentlik fəaliyyətindən narazı olduğu müəyyən edilib. “CBS News” ilə “YouGov” araşdırma şirkətinin keçirdiyi sorğuda iştirakçılara Trampın performansı, iqtisadi və miqrasiya siyasəti, gömrük tarifləri, milli təhlükəsizlik və beynəlxalq mövzulardakı mövqeyi barədə suallar verilib.

Nəticələr göstərib ki, iştirakçıların 67%-i Trampın səlahiyyətlərini genişlətdiyi qənaətində olsa da, 56%-i prezidentlik performansını mənfi qiymətləndirir.

Miqrasiya siyasətində Trampın yanaşmasına qarşı çıxanların nisbəti 54%, Rusiya-Ukrayna münaqişəsində Trampın sülh yaratmaq səylərinin effektli olacağını düşünənlərin sayı isə yalnız 27% olub, qarşıdurmaların davam edəcəyini proqnozlaşdıranlar isə 43% təşkil edib.

Həmçinin, Trampın şəhərlərə Milli Qvardiya göndərməsini dəstəkləməyənlərin nisbəti 58% olaraq müəyyənləşdirilib.

***

Sorğu iştirakçılarının 64%-i Trampın inflyasiya ilə mübarizə siyasətini təsdiqləmədiyini bildirib. Öz şəxsi maliyyə vəziyyətlərinin Tramp dönəmində “daha pis” olduğunu qeyd edənlərin nisbəti isə 50% təşkil edib.

Tramp administrasiyasının gömrük tarifləri siyasətini dəstəkləyənlərin sayı isə cəmi 29% olub. 71%-i tariflərin qısa müddətdə qiymətləri artıracağını düşünür.

 





08.09.2025    çap et  çap et