Cümə günü açıqlanan məlumat, FED-in bu il qalan üç toplantısında faiz endirimlərinə gedəcəyi gözləntilərini gücləndirərkən, hissə sənədi bazarlarına da dəstək oldu. “MSCI Asiya Pasifik İndeksi”, “Alibaba”, “TSMC” kimi texnologiya hissələrinin öncülüyündə %0,3 artışla həftəyə başladı. ABŞ hissə qazancları, indekslərin cümə gününü itki ilə bağlamasından sonra bu səhər yüksəldi. “S&P 500” səhmləri %0,1 artımda idi.
“Bloomberg Dolar İndeksi” Yaponiya yeninin itkisinin təsiri ilə %0,1 artaraq 1.203 bal səviyyəsinə çıxdı. Cozef Kapurso rəhbərliyindəki “Commonwealth Bank of Australia” strateqləri ABŞ dollarının ilin əvvəlindən bəri ən aşağı səviyyələrini yenidən test edə biləcəyini bildirdi və qeyd etdi ki, FED Prezidenti Cerom Pauelin (Jerome Powell) son çıxışında işçi bazarına fokuslandığı nəzərə alınaraq, bazar iştirakçıları gələn həftə faizin 50 baz endirilməsi ehtimalını daha çox qiymətləndirə bilər.
Avropa bazarlarında isə gözlər Fransa hökumətinə qarşı etimad səsverməsindədir. Həftənin ilk ticarət günündə Avropa hissə qazanclarını yüksəldi, Fransa dövlət istiqrazlarının gəliri isə çox dəyişmədi.
Neftə dair xəbər axını da diqqət çəkir. OPEC+ dünən (sentyabrın 7-də) gələn ay üçün mülayim təklif artırmasını qəbul etdi. Keçən həftə istehsal artımı gözləntiləri ilə %3,85 itki yaşayan “Brent” nefti OPEC+ qərarı sonrası %1,30 bahalaşma barel başına 66,35 dollardan alıcı tapdı. Spot qızıl %0,1 azalma ilə unsiya başına 3.582 dollar səviyyəsində, rekora yaxın olaraq ticarət edildi.