Vaxt.Az

Tay-tuşu nəvə oynadan Santuş


 

... Yaxud əcnəbi məşqçilərin “əhəmiyyəti”

Tay-tuşu nəvə oynadan Santuş AFFA-nın yeni rəhbərliyi elə özünün həvəslə bura gətirdiyi uğursuz proyekti – Fernandu Santuşu axır ki, istefaya göndərdi.

Santuş Azərbaycan milli komandasında işləmiş ən uğursuz məşqçilərdən oldu. Bu 71 yaşlı rəhbərliyi altında Azərbaycan millisi rəsmi və qeyri-rəsmi matçlar da daxil ümumən 11 oyun keçirib, onlardan 9-da uduzub, 2-də isə heç-heçə edib. Göründüyü kimi, bir qələbə belə yoxdur. 29 qol buraxmışıq, cəmi 4 qol vurmuşuq. Yəni rəhbərliyi dövründə qalib gəlmək nədir, hətta qol vurmağı belə “tərgitmişik”. Amma günah əlbəttə, Santuşda deyil.

Təəssüf ki, AFFA rəhbərliyi ictimaiyyətin rəyini nəzərə almadan, hətta məndə olan məlumata görə, İcraiyyə Komitəsində müzakirə aparmadan belə mənasız qərar vermişdi.

İndi isə qatar gedib. Zərbə Azərbaycan milli komandasına dəyib.

Gec də olsa səhvlərdən nəticə çıxarıb, milli komandanın bacarıqlı yerli məşqçiyə tapşırmaq lazımdır. Elə mütəxəssislərimiz az olsa da, var.

Xarici məşqçi modeli Azərbaycan futboluna uğur gətirməyib.

Bundan sonra milli komandaya xarici məşqçi gətirmək ən azı Azərbaycan futboluna xəyanət olar.

 





08.09.2025    çap et  çap et