Hadisə Metsin O-de-Valyer (Hauts-de-Vallières) məhəlləsində baş verib. Polis məlumatına görə, qadın iki nəfərlə birlikdə saat 02:30 radələrində silahlı hücuma məruz qalıb.
Sinəsindən güllə yarası alan 1994-cü il təvəllüdlü bloqer qadın hadisə yerində ölüb. Onunla eyni maşında olan partnyoru ayağından yaralanıb, lakin həyatına təhlükə olmadığı bildirilir. Avtomobildəki üçüncü şəxs isə xəsarət almadan xilas olub.
Polisin açıqlamasına görə, hücum üç və ya dörd nəfər tərəfindən həyata keçirilib. Hadisənin motivi hələlik məlum deyil. Mets Prokurorluğu genişmiqyaslı istintaqa başlayıb və gün ərzində rəsmi açıqlama veriləcəyi gözlənilir.