Braziliya Müstəqillik Günü münasibətilə keçirilən hərbi paradda iştirak edən Lula da Silva açıq şəkildə ad çəkmədən keçmiş prezident Jair Bolsonaro və senatör oğlu Eduardo Bolsonaronu hədəf aldı.
Lula da Silva ABŞ-ın ölkəsinə tətbiq etdiyi gömrük vergilərinə toxunaraq, “Braziliya heç vaxt kimsənin əmrinə girməyib. Heç vaxt kimsənin koloniyası olmadıq və olmayacağıq. Öz torpaqlarımızı və xalqımızı başqa bir hökumətin müdaxiləsi olmadan idarə edirik”, – deyib.
Sağçı Bolsonaro və bir müddətdir ABŞ-da yaşayan senatör Bolsonaronu nəzərdə tutan Lula da Silva çıxışında, “Braziliyaya qarşı sanksiyaları təşviq edən bəzi braziliyalı siyasətçilərin rolu qəbul edilə bilməz. Onlar Braziliya xalqı üçün seçilsələr də, yalnız şəxsi maraqlarını qoruyurlar. Onlar vətən xainləridir. Tarix onları bağışlamayacaq”, – deyib
“Ancaq yalnız şəxsi maraqlarını müdafiə edirlər”
Lula da Silva həmçinin bütün ölkələrlə dost münasibətlər saxlamağa çalışdıqlarını vurğulayaraq, “Bizə diktə etmək istədiklərinin əksinə, Braziliya Dövlət Prezidenti məhkəmə qərarlarına müdaxilə etmir. Braziliyanın yeganə sahibi Braziliya xalqıdır”, – deyə qeyd edib.
Braziliya mətbuatının məlumatına görə, Senatör Eduardo Bolsonaro ABŞ Prezidenti Donald Trump administrasiyasını Braziliyaya daha çox gömrük vergisi tətbiq etməyə və atası Bolsonaroya qarşı çevriliş cəhdinə görə ev həbsinə məhkum edən hakimlər üzərində təzyiq göstərməyə təşviq edir.