“The Hill” qəzetinin məlumatına görə, Merilənd ştatındakı “Joint Base Andrews” Hava Bazasında jurnalistlərə danışan Tramp, Rusiyanın Ukrayna paytaxtı Kiyevə müharibənin başlanğıcından bəri həyata keçirdiyi ən böyük hava hücumu nəticəsində dünən ilk dəfə hökumət binasını vurmasını şərh edib.
Yaşananlardan narazı olduğunu ifadə edən Tramp, “Buna bir həll tapılacağına inanıram. Bu müharibə ilə bağlı heç nədən razı deyiləm”, – deyib.
Tramp Rusiya Prezidenti Vladimir Putin və ölkəsi Rusiya barədə “ondan daha sərt” bir lider olmadığını iddia edərək, müharibəni sona çatdırmaq üçün səylərini davam etdirəcəyini vurğulayıb.
Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün sülh müqavilələri ilə bağlı “çox maraqlı danışıqlar” aparıldığını bildirən Tramp bu çərçivədə Avropa liderlərinin bu həftə paytaxt Vaşinqtona gələcəyini qeyd edib.
Eyni zamanda, Tramp İsrailin hücumlarını davam etdirdiyi Qəzza bölgəsindəki vəziyyətə də toxunaraq, “Çox yaxın zamanda bir razılığa gələcəyimizi düşünürəm. Bu, Yaxın Şərq üçün, İsrail üçün, hər kəs üçün həll etmək istədiyimiz bir məsələdir”, – deyib.