Vaxt.Az

FTX-dən terror iddiası


 

Rusiyada daha bir Azərbaycan vətəndaşı həbs edildi

FTX-dən terror iddiası Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Stavropol bölgəsində qadağan olunmuş bir Ukrayna terror təşkilatına qatıldığı iddia edilən bir Azərbaycan vətəndaşını həbs edib.

TASS xəbər agentliyinə görə, Rusiya kəşfiyyat qurumu FTX-nin əməliyyatına dair açıqlamada deyilir: “Stavropol bölgəsində, Rusiya Federasiyasında qadağan olunmuş bir Ukrayna terror təşkilatına könüllü qatılan bir Azərbaycan vətəndaşı həbs edilib”.

Sözügedən şübhəlidən “təşkilatdan təlimat aldığı” bildirilib: “(Şübhəli) aldığı təlimatla Yessentuki və Stavropol şəhərlərindəki hüquq-mühafizə binaları və nəqliyyat infrastrukturu başda olmaqla, sabotaj və terror əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulan bir sıra ərazilərdə ətraflı kəşfiyyat aparıb”.

Rusiya təhlükəsizlik qüvvələri 27 iyun tarixində Yekaterinburqda Azərbaycanlıların yaşadığı evlərə reydlər keçirərək 2 Azərbaycanlını öldürmüş, bir neçə nəfər isə ağır yaralanmışdı.

Rusiya İstintaq Komitəsi əməliyyat zamanı 6 nəfərin həbs edildiyini və onların çoxsaylı qətllərdə iştirak etdiyini iddia etmişdi.

Həbs edilənlər arasında həm Rusiya, həm də Azərbaycan vətəndaşı olduğu bildirilmişdi.

Yekaterinburqdakı məhkəmə həmin şəxslərin 19 oktyabra qədər həbsdə qalmasına qərar vermişdi.

Bu hadisədən sonra Rusiya ilə Azərbaycan arasında gərginlik artmağa başlamışdı.

 





08.09.2025    çap et  çap et