Vaxt.Az

«Sənin atan terrorçudur»


 

«İnterpol tezliklə onu Azərbaycana verəcək»

«Sənin atan terrorçudur» «Dünəndən Ermənistan nümayəndə heyəti təxribatla məşğul olur, Azərbaycana sataşırlar. Sual adı altında Azərbaycan əleyhinə danışırlar».


Vaxt.az anspress-ə istinadən xəbər verir ki, bunu Bakıda NATO Parlament Assambleyasının (NATO PA) «Cənubi Qafqaz: Çağırışlar və imkanlar» mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarının 2-cü günündə millət vəkili Ziyafət Əsgərov deyib. O, orduda islahatların aparılmasının çox önəmli bir məsələ olduğunu deyib. Millət vəkili Ermənistanın NATO PA-dan çıxarılmalı olduğunu deyib. O, Ermənistanı işğalçı və terrorçu dövlət adlandırıb. «20 ildir ki, qaçqın və məcburi köçkünlərimiz evsiz eşiksiz qalıb. Hərbdə islahatlar və silahlanma da olacaq».

«Mən məruzəçilərə sual verirəm ki, işğal olunmuş torqaları nə vaxt qaytaracaqsınız. Siz Azərbaycanda 30-dan çox terror törətmisiniz. Terror Ermənistanın siyasətidir. Ermənistanın başında terrorçu Sərkisyan durur. Söhbət mənim ölkəmin taleyindən gedir».

O, qeyd edib ki, deputat Tevan Poqosyanın atası ilə bağlı azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətə görə Azərbaycan Hərbi Prokurorluğunda istintaq işi aparılır. «Sumqayıtda hadisəni torədən sovet «KQB»si idi. Poqosyan, sənin atan Azərbaycanda terror törədib. İnterpol tezliklə onu Azərbaycana verəcək». 

Erməni nümayəndə heyətinin üzvi Poqosyan isə atası ilə fəxr etdiyini vurğulayıb. «Əvvəl bizə faşist, sonra terrorçu dedilər. Mən atamla fəxr edirəm və dövlətimi müdafiə edirəm».

Qeyd edək ki, NATO Parlament Assambleyasının «Rose Roth» seminarı Bakıda iyunun 16-dan başlayıb. Ermənistan nümayəndə heyətinin tərkibinə İrs Partiyasının parlament fraksiyasının üzvü, deputat Tevan Poqosyan və İrəvandakı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan daxildir. Nümayəndə heyətinə hakim Respublika Partiyasının deputatı Koryun Naapetyan başçılıq edir.

 





17.06.2014    çap et  çap et