Almaniyada 79 tək yumurta əkizi üzərində araşdırma aparılıb. Bu əkizlərdən biri ya heç siqaret çəkmir, ya da digərinə nisbətən ən az beş il az siqaret istifadə edib. Nəticələr olduqca aydın görünüb. Siqaret çəkən əkizlərdə yaşlanma əlamətləri daha çox müşahidə olundu.
Bu əlamətlər arasında göz qapaqlarında sallanma, gözaltı torbaları, yanaqlarda solğunluq, dodaq üstündə və kənarlarında dərin qırışlar, eləcə də çənə xəttində boşalma yer alırdı. Lakin alın xətləri və göz ətrafındakı “quş ayağı” qırışlarında əhəmiyyətli fərq müşahidə edilməyib.
Araşdırmanı aparan Bəhman Guyuron bildirir ki, siqaret dəridə kollagen istehsalını azaldır və mövcud olanı isə parçalayır. Eyni zamanda nikotin dəridə qan dövranını yavaşladır, bu da dərinin elastikliyini və qalınlığını azaldaraq yaşlanma prosesini sürətləndirir. Yəni dəri daha erkən sıradan çıxır.
Dəridəki estetik təsirlərdən əlavə, siqaretin ümumi sağlamlığa zərəri də araşdırmada vurğulanıb. Hər bir siqaret çəkilişi bədəndə karbonmonoksit səviyyəsini artıraraq yüngül zəhərlənməyə səbəb olur. Bu isə qandakı oksigen miqdarını azaldır, qanı sıxlaşdırır və zamanla damar tıxanması və ya laxtalanma kimi ciddi xəstəliklərə yol aça bilər.