Görüntülər sosial mediada qısa zamanda yayıldı və istifadəçilər çaşqınlıqla qarışıq reaksiyalar göstərdilər.
Bəziləri, “Əgər həqiqətən yarasa əti satılırsa, bu mədə bulandırıcıdır” şərhini verərkən, bəziləri durumu zarafatla “Mağarada böyüyən toyuq” kimi şən ifadələrlə şərh etdilər.
Reaksiyalardan sonra “Lidl” açıqlama yaydı. Şirkət bildirib ki, etiket yanlış tərcümə nəticəsində yazılıb və məhsul əslində yalnız toyuq qanadı ehtiva edir. “Pipistrello” ifadəsi səhvən qablaşdırmaya basılmışdı.
Bütün mağazalarda etiketin dərhal düzəldildiyini qeyd edən şirkət məsələyə görə alıcılardan üzr istədiklərini bildirdi.