“Uçuşdan sonra dərimiz artıq quruyur. İsti su isə bu quruluğu daha da artırır və dərinin təbii qoruyucu bariyerini zəiflədir”, – deyə mütəxəssislər qeyd edirlər
Bundan əlavə, yüksək temperatur qan dövranına mənfi təsir göstərə bilər: “İsti duş qan damarlarını genişləndirir. Bu, uçuş zamanı yaranan şişkinliyi artıra və qan dövranı problemlərinə səbəb ola bilər”, – deyə ekspert Endi Ellis xəbərdarlıq edir. O, səyahətçilərə uçuşdan sonra isti əvəzinə ilıq və ya sərin duş qəbul etmələrini tövsiyə verir.
Digər tərəfdən, fizyoterapevt Betani Tomlinson uçuş zamanı tez-tez edilən bir səhvə diqqət çəkir: “Ayaqları üst-üstə keçirmək qan axınını məhdudlaşdırır və tromb riskini artırır”. Sağlam oturuş üçün səyahətçilərə ayaqlarını bir az qaldırmaq, çiynlərini rahat buraxmaq və oturacaqda arxaya söykənərək oturmaq tövsiyə olunur.