Satıcı Vüsalə Muradova bəzən alıcı az olduğu üçün məhsulları bundan da aşağı qiymətə satdıqlarını deyir: «Alıcıların çoxu qarpız, yemiş almağa çəkinir. Deyirlər, bu məhsullar satışa tez çıxarılıb».
Qarpız və yemiş alanların əksəriyyəti isə yenicə satışa çıxarılan bu məhsulların dadına baxmaq istəyənlərdir. Mütəxəssislər isə deyirlər ki, bu məhsulların tərkibində nitrat maddəsi var. Qarpız və yemişə gübrə verildikdə həmin maddənin miqdarı artır. Bu da əsasən insanın mədə-bağırsaq sisteminə təsir edir.
«Qarpızda su yüksək miqdarda olduğundan yay fəslində ən çox bundan istifadə edirik. Lakin yüksək miqdarda gübrələnmənin nəticəsində onun tərkibində olan nitratın artması ilə əlaqədar zəhərlənmə halları daha çox qeydə alınır», - deyə Yevlax Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Ülkər Nuriyeva bildirib. O, tövsiyə edib ki, təbii üsulla yetişdirilən qarpız və yemişlərə üstünlük verilsin.