Hessen əyalətində ibtidai məktəblərdə qadağa tam tətbiq olunub, orta təhsil müəssisələrində isə məhdud istifadə üçün bəzi istisnalar var.
Şimali Ren-Vestfaliya əyalətində bəzi liseylərdə “Smart ohne Phone” (Telefonsuz da ağıllı) layihəsi çərçivəsində şagirdlərin hətta fasilələrdə belə telefon istifadəsi qadağan edilib. Qadağaları pozan şagirdlərin cihazlarına əl qoyulur və ertəsi gün valideynlərinə təhvil verilir. Müəllimlər tətbiqin şagirdlərin konsentrasiyasını artırdığını bildirir.
Şagird nümayəndələri və peşəkar təşkilatlar bildirirlər ki, qadağa yerinə media savadlılığı artırılmalıdır.
Federal Hökumətin Asılılıq və Narkotiklə Mübarizə üzrə Məsul işçisi Hendrik Ştrek (Hendrik Streeck) telefon qadağalarına qarşı çıxır və sosial media üçün mərhələli yaş məhdudiyyəti tətbiq edilməsini təklif edir.
Valideynlər və ekspertlər tətbiqin həm müsbət, həm də mənfi tərəflərini müzakirə edirlər. Bir valideyn, “Uşaq indi dərsə daha yaxşı fokuslanır, amma dostları ilə ünsiyyəti məhdudlaşır”, – bildirib. Təhsil tədqiqatçısı Klaus Zirer (Klaus Zierer) isə deyir ki, bu qadağa kiber zorakılığı azaldacaq və şagirdlərin diqqətini dərsə yönəldəcək.
Almaniyadakı bu tədbir Avropada da rezonans doğurur. Fransada, Hollandiya, Avstriya və Belçikada da oxşar qadağalar tətbiq olunur. Şagirdlər bu ölkələrdə telefonlarını yalnız dərs məqsədli və ya sağlamlıq kimi istisna hallarda istifadə edə bilirlər.
Almaniyada qadağa hər əyalətdə məktəbdə fərqli şəkildə həyata keçirilir.