Katz ABŞ Prezidenti Donald Trampın “HƏMAS”a qarşı “son xəbərdarlıq” açıqlamasından sonra sosial media platforması “X”dəki paylaşımında, “Bu, Qəzzada və ya xaricdəki lüks otellərdə olan “HƏMAS” qatilləri və təcavüzkarları üçün son xəbərdarlıqdır. Girovları azad edin və silahlarınızı təhvil verin! Əks halda Qəzza məhv ediləcək və sizlər aradan qaldırılacaqsınız”, – yazıb.
Məlumatına görə, İsrail ordusu Şeyx Rıdvan məhəlləsi ətrafında partlayıcı yüklü robotlardan istifadə edib və topçularla birlikdə məhəllənin şərq hissəsini bombalayıb.
Bu hadisələr Qəzzadakı toqquşmaların sürətlə artdığını göstərir.