Keçən tədris ili başladığı vaxt Pezeşkian hökuməti hələ yeni formalaşmışdı. Lakin indi artıq onun hökuməti bir ildən çoxdur ki, iş başındadır. Onun prezidentliyinə verilən səslərin böyük qismi Azərbaycan bölgəsindən gəlib. Bu, sadəcə bir iddia deyil, seçki statistikasına əsasən Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə Ərdəbil vilayətində Pezeşkiyan 80 faizdən çox səs qazanmışdı. Bundan başqa, Sistan və Bəluçistan, eləcə də Kürdistan, Kirmanşah və İlam vilayətlərində də rəqibi Səid Cəlilini qabaqlamışdı. Əksinə, Cəlili əsasən farsdilli mərkəzi vilayətlərdə üstünlük əldə etmişdi.
Pezeşkian seçki kampaniyası dövründə “ədalət” şüarı altında azlıqların yanında olacağını vəd etmişdi. Bu vədin reallaşmasını ölçmək üçün hələ də müəyyən vaxt lazımdır. Lakin hələlik Azərbaycanda verdiyi iki əsas vədlər – Urmiya gölünün bərpası və azərbaycanlı uşaqların ana dilində təhsil hüququ – yerinə yetirilməmiş qalır. Urmiya gölü heç vaxt indiki qədər ağır vəziyyətdə olmamışdı, Azərbaycanlı uşaqlar isə bir il də yad dildə məktəbə getməyə məcbur olmuşdular.
İndi Pezeşkian dövründə ikinci təhsil ilinə bir ay qalıb. Bu qısa müddətdə hansısa ciddi dəyişikliklərin baş verməsi mümkündürmü?