Vaxt.Az

«İsa Qəmbər cavab verməlidir»


 

Müsavatda qalmaqal: «Hər hansı bəhanə gətirmək qəbulolunmazdır»

«İsa Qəmbər cavab verməlidir» «Müsavata üzv olmaq heç də o demək deyil ki, hamı eyni vaxtda eyni mahnını oxumalıdır. Qurultay üçün yer oyunu 4 ildir davam edir və daha 4 il də uzanmalıdır?» Bunu AzVision.az-a açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy bildirib.


Müsavatdakı qalmaqala toxunan S.Əlisoy başqan İsa Qəmbərin bəzi suallara cavab verməsini istəyib: «Müsavat rəhbərliyinə sual ünvanlayıram ki, biz istədiyimiz, məqbul saydığımız yer verilməsə, biz nə etməliyik? 2014-cü ilin artıq yarısı bitib, bu il də, gələn il də yer ayrılmasa, onda hansı addımı atmalıyıq?»

S.Əlisoy vurğulayıb ki, qurultayın vaxtı artıq 4 ildir ki, uzanır. «Hər dəfə icra hakimiyyətinə bir zaman təyin edir, müraciət etməlidir ki, bizə yer verin. Onların məqbul saydığı yerləri də biz məqbul saymayacağıq. Bununla da yer oyunu 4 ildir davam edir və daha 4 il də uzanmalıdır?»

Başqa müşaviri partiya qurultayını Braziliyada keçirilən futbol üzrə dünya çempionatı ilə də müqayisə edib: «Bu, futbol üzrə dünya çempionatı və ya «Avroviziya» keçirmək deyil ki, çox ciddi texniki hazırlıq lazım olsun. Qurultayın nümayəndələri bəllidir, konfranslar keçirilib və burada texniki baxımdan hər hansı bəhanə gətirmək qəbulolunmazdır. Faktiki olaraq kimin udub-udacağı bəlli deyil, amma proqnozlaşdırmaq olur ki, burada udan Müsavat olmayacaq».

 





17.06.2014    çap et  çap et