Məlumata görə, sentyabrın 8-i səhər Xabarovsk yaxınlığında yerləşən 6912 saylı hərbi hissənin yaxınlığında partlayış baş verib. Hərbi hissənin yaxınlığındakı avtodayanacaqda iki partlayıcı qurğu işə düşüb. Nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var.
Hadisədən sonra Rusiya xüsusi xidmət orqanları mobil interneti bloklayıb və ictimai nəqliyyat marşrutlarını dəyişdirərək məlumatın yayılmasının qarşısını almağa çalışıb.
6912 saylı hərbi hissə Rusiya Qvardiyasının 748-ci ayrıca operativ təyinatlı batalyonunun bazasıdır və Xabarovskda dislokasiya olunub. Bu hərbi hissənin əsgər və zabitləri daha əvvəl Ukraynaya qarşı hücumlarda iştirak ediblər.