Qızıl Bakı vaxtı ilə saat 06:49-da 0,4% artaraq hər unsiya üçün 3 min 651 dollara yüksəldi. Dekabr müddətli ABŞ qızıl fyuçers əməliyyatları da 0,4% artışla 3 min 690,90 dollara qalxdı.
Bazar analitiki Tim Vaterer, “Əgər FED bazar gözləntilərini qarşılayaraq birdən çox faiz endirimi etsə, buradan sonra qızılın daha da yüksələcəyini yəqin ki, görəcəyik”, – deyib.
“KCM Trade” baş qiymət analitiki Tim Vaterer bildirib: “ABŞ mərkəzi bankı bazarın bir neçə faiz endirimi gözləntisini qarşılasa, qızıl bundan sonra daha da yüksələcək”.
“CME Group”un “FedWatch” mexanizminə görə, treyderlər bu ay keçiriləcək toplantıda FED-in 25 baza xallıq faiz endirimi ehtimalını 89,4%, 50 baza xallıq böyük endirim ehtimalını isə 10,6% qiymətləndirirlər.
Dollar indeksi “DXY” rəqiblərinə qarşı yeddi həftənin ən aşağı səviyyəsinə düşüb və qızıl digər valyuta sahibləri üçün daha cazibədar olub. ABŞ 10 illik Xəzinə istiqrazının gəliri isə beş ayın ən aşağı səviyyəsinə endi.
Bu arada, Avropa Mərkəzi Bankının (AMB) cümə axşamı günü keçiriləcək iclasında faizləri sabit saxlayacağı gözlənilir.
İnvestorlar indi FED-in siyasət yoluna dair daha çox ipucu almaq üçün sabah (sentyabrın 10-da) açıqlanacaq ABŞ istehsalçı qiymətləri göstəricilərini və birisi gün yayımlanacaq “istehlakçı qiymət indeksi”ni gözləyir.
Vaterer əlavə edib ki, “Qısamüddətli potensial katalizator bu həftə ABŞ inflyasiya göstəricilərinin gözləntilərin altında qalması ola bilər. Bu hal, FED-in sentyabr iclasında daha yumşaq mövqe sərgiləməsinə yol aça bilər və qızılın 3 min 700 dollar hədəfinə çatma istəyini sürətləndirə bilər”.
Qızıl qiymətləri bu il indiyədək 38% artıb. 2024-cü ildəki 27%-lik yüksəlişin ardınca əldə edilən bu nəticə zəif dolar, mərkəzi bankların güclü alışları, yumşaq pul siyasətləri və artan qlobal qeyri-müəyyənlikdən dəstək tapıb.