Vaxt.Az

16-a qədər 15 faizlik tarif düşəcək


 

“ABŞ Yaponiya mallarına tətbiq etdiyi gömrük vergisini azaldacaq”

16-a qədər 15 faizlik tarif düşəcək Yaponiyanın İqtisadiyyat naziri Ryosey Akazava (Ryosei Akazawa) bildirib ki, ABŞ Yaponiyaya tətbiq etdiyi gömrük tariflərini 16 sentyabra qədər azaldacaq.

Akazava bugünkü açıqlamasında ABŞ-ın Yaponiya mallarına, xüsusilə avtomobil və ehtiyat hissələrinə tətbiq etdiyi gömrük vergilərinin azaldacaq.

Nazir, ABŞ Prezidenti Donald Trampın imzaladığı ABŞ-Yaponiya ticarət sazişi ilə bağlı prezident fərmanını rəsmi edən 9 sentyabr tarixli “Federal Register” sənədinə istinad edərək, Yaponiya mallarına dair yenilənmiş gömrük vergilərinin yayımlandığı gündən etibarən yeddi gün ərzində qüvvəyə minəcəyini qeyd etdi.

ABŞ iyul ayında Yaponiya ilə ticarət sazişinə nail olmuş və Yaponiya mallarına tətbiq olunan vergiləri 15%-ə endirməyi qəbul etmişdi. Bunun müqabilində Yaponiya ABŞ-a 550 milyard dollarlıq investisiya və kredit paketini təsdiqləmişdi.

Trampın keçən həftə imzaladığı fərman daha aşağı tariflərin nə zaman tətbiq olunacağına dair qeyri-müəyyənliyi aradan qaldırdı.

Lakin Akazava çərşənbə axşamı açıqlamasında ticarət danışıqlarının hələ yekunlaşmadığını təkrarladı və xüsusilə dərman və yarımkeçirici məhsullar üçün “ən çox faydalanan ölkə” statusunun prezident fərmanına daxil edilmədiyini vurğuladı.

 





09.09.2025    çap et  çap et