Vaxt.Az

“JPMorgan” bədbindir


 

ABŞ Bazarlar hələ də müqavimətlidir, amma...

“JPMorgan” bədbindir “JPMorgan Chase & Co.” beynəlxalq investisiya bankı və maliyyə xidməti şirkəti Federal Ehtiyat Sisteminin (FED) gözlənilən faiz endirimlərinin ABŞ səhm bazarlarında düşüşə səbəb ola biləcəyini bildirərək, “VIX” (Cboe (Chicago Board Options Exchange) Volatility Index – Çikaqo Seçimlər Birjasının Volalitlik İndeksi) opsionlarının alınmasını və riskdən qorunma məqsədilə altın mövqelərinin artırılmasını tövsiyə edib.

Bankın qlobal bazar kəşfiyyatı rəhbəri Endrü Tayler (Andrew Tyler) bildirib ki, “Mövcud buğa bazarı dayandırıla bilməz görünür, yeni dəstək səviyyələri yaranır”, amma sentyabrın 17-də keçiriləcək Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasında FED-in geniş şəkildə gözlənilən faiz endirimini həyata keçirməsi “sell the news” (“xəbəri gözləyərkən al, açıqlanınca sat”) strategiyasına səbəb ola bilər.

“JPMorgan” bazar qeydində inflyasiya, məşğulluq və ticarət müharibəsi kimi bir sıra risk faktorlarına diqqət çəkərək, aşağı inandırıcılığa malik taktik yüksəliş proqnozunu qoruyub. Həmçinin, fərdi investorların adətən sentyabr ayında iştiraklarını azaltdığını, az sayda şirkətin isə öz səhm alışlarını davam etdirdiyini vurğulayıb.

“S&P 500” indeksi, ABŞ Prezidenti Donald Trampın qlobal ticarət müharibəsində ilk addımını atdığı aprel ayındakı ən aşağı səviyyəsindən 30%-dən çox artıb. Bazarlar hələ də müqavimətli olduğunu göstərsə də, gömrük vergilərinin təsiri tam hiss edilməyib və son zamanlarda zəif məşğulluq məlumatları açıqlanıb. Investorlar, adətən ilin ən pis ayı hesab edilən bu dövrdə, gözlənilən faiz endirimindən əvvəl narahatdırlar.

Tayler qeyd edib ki, sentyabrın 12-də açıqlanacaq istehlakçı qiymət indeksi məlumatı, FED-in faiz endirim qərarını dayandırmaq ehtimalının aşağı olduğunu göstərir. Onun sözlərinə görə, dövlət və özəl şirkətlərdən gələn inflyasiya məlumatları, daha çox “gömrük tariflərindən qaynaqlanan maliyyət təsirləri”nin yaxınlaşdığını göstərir: Faiz endirimləri həmçinin əmək tələbinin artmasına səbəb ola bilər və bunun nəticəsində adətən “yapışqan” (qalıcı) xarakter daşıyan əmək haqqı inflyasiyası baş verə bilər”.

Keçən həftə “Morgan Stanley”dən Maykl Uilson (Michael Wilson) mövsümi zəifliyi qəbul edərək, düşüşlərdə alış tövsiyə etmişdi. “JPMorgan”ın alqı-satqı masası, “Cboe Volatility Index”ə bağlı opsionların alınmasını və qızıl mövqelərinin artırılmasını məsləhət görüb.

 





09.09.2025    çap et  çap et