“Brent” nefti barel başına 0,54 dollar (0.76%) bahalaşaraq 66,52 dollara qədər yüksələrkən, ABŞ xam nefti isə 0,50 dollar (0.80%) 62,73 dollara çatdı.
Azərbaycan brendi “Azeri Light” nefti sutkalıq göstəricilərə görə 0,13 dollar və ya 0.18 % ucuzlaşaraq, 73,79 dollara ticarət olunur.
OPEC+ ölkələri bazar günü oktyabr ayından etibarən istehsalı gündə 137 min barel artırmaq barədə razılığa gəlmişdi. Bu rəqəm, Sentyabr və Avqust aylarında həyata keçirilmiş təxminən 555 min barelik artım və İyul və İyun aylarındakı 411 min barelik artımlardan xeyli aşağıdır və gözləntilərin altında qaldı.
Çin mərkəzli investisiya şirkəti “Haitong Securities” bu il OPEC+ ölkələrinin daha sürətli istehsal artımı və tələbin ilin əvvəlindəki gözləntilərdən aşağı qalması səbəbindən, yaxınlaşan xam neft təchizat artığının qiymətlər üçün əsas təkan qüvvəsi olmağa davam etdiyini bildirdi.
Rusiyanın Ukraynaya qarşı hərbi hücumlarından sonra gündəmə gələn yeni sanksiya ehtimalları neft qiymətlərini dəstəklədi. ABŞ Prezidenti Donald Tramp ikinci mərhələ sanksiyalara hazır olduqlarını açıqlayarkən, Avropa Birliyi rəsmiləri də Vaşinqtonda bu məsələni müzakirə etdi. Əlavə sanksiyaların Rusiyanın neft təchizatını azaldaraq qiymətləri yüksəldə biləcəyi qiymətləndirilir.