Vaxt.Az

Sakit okeanda nüvə tarazlığı?


 

Rusiyadan gizli nüvə sualtı gəmisi əməliyyatı

Sakit okeanda nüvə tarazlığı? Rusiya Sakit Okeandakı hərbi mövcudluğunu gücləndirməyə davam edir. Uzaq mənzilli nüvə raketləri ilə təchiz olunmuş sualtı gəmisi, bölgədə üç aylıq əməliyyatının ardından bazasına qayıdıb.

Rusiyanın Sakit Okean Donanmasının “Proje 955A” sinifli ballistik raketlərlə silahlanmış sualtı gəmisi “Emperor Alexander III” əməliyyatını tamamlayaraq Kamçatka yarımadasındakı əsas limana döndüyünü açıqladı.

Sualtı gəminin qısa istirahət və təminat prosesindən sonra yenidən planlı təlim fəaliyyətlərinə başlayacağı bildirildi.

 

Nüvə sualtı gəmisinin xüsusiyyətləri

 

“Emperor Alexander III” 5.157 mil mənzilə malik 16 “Bulava” ballistik raketi daşıya bilir. Hər bir raket, müəyyən məhdudiyyətlər çərçivəsində 4–6 nüvə döyüş başlığı ilə təchiz oluna bilər.

Rusiya 12 ədəd nüvə başlığı daşıyan ballistik raket sualtı gəmisi istismar edir. Bu sualtı qayıqlar çəkindiricilik patrulları həyata keçirir və lazım gəldikdə nüvə hücum əmri almağa hazır gözləyir.

ABŞ Prezidenti Donald Trampın böyük güclərin nüvə silahsızlanması çağırışları və Çinin yeni nəsil sualtı gəmilərdən atılan nüvə silahlarını təqdim etməsi fonunda Rusiyanın bu açıqlaması diqqət çəkdi.

Rusiya Prezidenti Vladimir Putin sualtı gəminin 2023-cü ildə xidmətə giriş mərasimində bu sinfin “unikal raket daşıyıcısı” olduğunu qeyd edərək ölkə təhlükəsizliyini strateji çəkindiriciliyin missiyaları ilə təmin edəcəyini söyləmişdi.

 





09.09.2025    çap et  çap et