Vaxt.Az

“Böyüklərin 28%-i daim onlayn”


 

Heyrətamiz internet vərdişi

“Böyüklərin 28%-i daim onlayn” “Pew” Araşdırma Mərkəzi, 8 yanvar ilə 26 aprel arasında 24 ölkədə 26.504 yuxarı yaşlı insanlardan interneti nə qədər tez-tez istifadə etdiklərini soruşub. Sorğuya qatılan şəxslərin 28%-i demək olar ki, hər zaman onlayn olduqlarını bildirib.

İştirakçıların 40%-i gündə bir neçə dəfə internet istifadə etdiyini, 9%-i isə heç istifadə etmədiyini qeyd edib.

 

Ölkədən ölkəyə fərqlənir

 

Araşdırmaya qatılan ölkələr arasında internet istifadə tezliyində böyük fərqlər mövcuddur. Daim onlayn olma nisbəti ən yüksək olan ölkə Yaponiya olub. Yaponiyada böyüklərin 56%-i daima onlayn olduqlarını bildirib.

Ən aşağı nisbət isə Nigeriyada qeydə alınıb. Ölkədə yuxarı yaşlıların 13%-i daima onlayn olduqlarını qeyd edib.

Cənubi Koreyada böyüklərin təxminən yarısı, Argentina, İsrail, İspaniya, Türkiyə və ABŞ-da isə təxminən 25%-i daim onlayn olduğunu bildirib.

Digər tərəfdən internet istifadəsinin ən aşağı olduğu Hindistanda yuxarı yaşlıların 36%-i heç internetə girmir.

Cənubi Afrika və Nigeriyada təxminən dörddə bir, Kenyada isə təxminən üçdə bir əhali internetdən heç istifadə etmədiklərini bildiriblər.

 





09.09.2025    çap et  çap et