“The New York Times” (NYT) qəzetinin xəbərinə görə, “Meta” şirkətinin mesajlaşma tətbiqi “WhatsApp”ın keçmiş təhlükəsizlik rəhbəri tətbiqin milyardlarla istifadəçisini riskə atan təhlükəsizlik və gizlilik boşluqlarının rəsmilər tərəfindən nəzərə alınmadığı səbəbi ilə şirkətə dava açdı.
Baiq Kaliforniya Şimal Rayon Məhkəməsinə təqdim etdiyi dava ərizəsində şirkəti, milyardlarla “WhatsApp” istifadəçisini riskə atan təhlükəsizlik və gizlilik boşluqlarına qarşı zəruri addımları atmamaqla ittiham edib.
Minlərlə şirkət əməkdaşının “WhatsApp” istifadəçilərinin həssas məlumatlarına giriş imkanı olduğunu bildirən Baiq “Meta”nın hər gün 100 mindən çox hesaba yönəlmiş kibersaldırılarla da uyğun şəkildə mübarizə aparmadığını ifadə edib.
Baiq nəzarət zamanı aşkarladığı təhlükəsizlik zəiflikləri barədə şirkətin baş meneceri (CEO) Mark Zukerberq də daxil olmaqla səlahiyyətliləri xəbərdar etdiyini, lakin fevral ayında bu hərəkətinin işdən çıxarılması ilə nəticələndiyini iddia edib.
“Meta” sözçüsü isə məsələ ilə bağlı açıqlamasında, iddiaları “aşağı performans səbəbi ilə işdən çıxarılan keçmiş bir əməkdaşın komandamızın sıx işini yanlış təqdim etməsi” kimi qiymətləndirərək rədd edib.