Fransada Baş nazir Fransua Bayrunun azlıq hökuməti devrildi. Milli Məclisdə keçirilən fövqəladə iclasda 194 deputat hökuməti baş naziri dəstəkləyərkən, 364 deputat onun əleyhinə səs verdi. Beləliklə, Bayru hökuməti etimadını itirmiş oldu.
“Ölkəmiz işləyir, amma kasblaşır”
Səsvermə sonrası kürsüyə çıxan Bayru, “Ölkəmiz işləyir, zənginləşdiyini düşünür, amma hər il bir az da çox kasblaşır”, – deyib. Dövlət borcunu ölkənin gələcəyi üçün böyük bir təhdid kimi qiymətləndirən baş nazir, bu vəziyyəti “daxili qanaxma” bənzətməsi ilə izah etdi.
Fransada 1958-dən bu yana hökumətlər 41 dəfə etimad səsverməsinə getmişdi, lakin ilk dəfə bir baş nazir öz təşəbbüsü ilə səsvermə istədi və uğursuz oldu. Beləliklə, Bayru Beşinci Respublika tarixində bir ilkinə imza atdı.
Müxalifətdən Makrona təzyiq
“Sosialist Partiyası” (Parti Socialiste) və sol ittifaq böhranda Prezident Emmanuel Makronun məsuliyyət daşıdığını iddia etdi. İfrat sağçı Marin Le Pen isə Makrona parlamenti buraxaraq erkən seçkilər çağırdı.
Fransada indi diqqət Prezident Emmanuel Makronun atacağı addımlara yönəlmişdir. Parlamentin buraxılması və erkən seçki ehtimalı güclü ssenarilər arasında yer alır.