ABŞ-ın sabiq prezidenti Barak Obama üçüncü dəfə Emmy mükafatını əldə etdi. 77-ci Yaradıcı Sənətlər “Emmy” Mükafatlarında “Ən yaxşı anladıcı” nominasiyasında Sir Devid Atenboro, Idris Elba, Tom Henks və Fibi Voller-Bridc kimi namizədləri qabaqlayan sabiq prezident “Okeanlarımız” sənədli filmindəki səs anlatımı ilə mükafata layiq görüldü.
Həftə sonu Los-Ancelesdə keçirilən mükafat mərasiminə qatılmayan Obama adından mükafatı komediyaçı Cordan Klepper qəbul etdi. Obama daha əvvəl 2022-ci ildə “Böyük milli parklarımız” və 2023-cü ildə “İşləmək: Bütün gün nə edirik” adlı sənədli seriyalarda verdiyi səs anlatımı ilə mükafatı qazanmışdı.