Hadisə İzmitin Əlikəhya bölgəsində baş verib. Əldə olunan məlumata görə, Bolqarıstan qeydiyyat nişanlı avtomobili ilə Türkiyəyə giriş edən sürücü, avtomobilində mühərrik nasazlığı yarananda geri dönmək istəyib. Lakin Bolqar gömrük rəsmiləri işlək vəziyyətdə olmayan avtomobili qəbul etməyib.
Buna əsəbiləşən sürücü, avtomobilini Əlikəhyadakı boş bir sahəyə aparıb. Avtomobilin üzərinə benzin tökərək onu yandıran şəxs, avtomobilini qısa müddətdə alovlara təslim edib. Hadisə barədə məlumat daxil olandan sonra əraziyə polis və yanğınsöndürən briqadaları göndərilib. Yanğınsöndürənlər hadisəyə müdaxilə edərək alovları nəzarət altına aldılar.
Hadisədən sonra ifadəsi alınan sürücü yaşadığı vəziyyət qarşısında əsəbiləşdiyini və buna görə avtomobili yandırdığını bildirib. Polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.