Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) görə, dünən keçirilən test Dövlət Prezidenti Kim Çen In tərəfindən izlənilib. Kim yer testinə çıxarılan bərk yanacaq raket motorunu “göz qamaşdıran inkişaf” olaraq dəyərləndirib.
Karbon lifindən hazırlanmış və 1971 kilonyuton itələmə gücü təmin edən motor, əvvəlki modellərdən daha güclüdür və gələcəkdə “Hwasong-20” sistemi daxil olmaqla qitələrarası ballistik raketlərdə istifadə edilə bilər.
Şimali Koreyanın bu sınağı Kim Çen Inın İkinci Dünya Müharibəsinin sona çatmasının 80-ci ildönümü münasibətilə 6 illik fasilədən sonra Çinə etdiyi ilk səfərdən sonra baş verib. Tədbirdə Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla digər liderlərlə görüşən Kim, çox tərəfli görüşdə ilk dəfə iştirak etmişdi.
Şimali Koreyanın son illərdə artırdığı ballistik raket sınaqları Asiya-Sakit Okean regionunda nüvə narahatlıqlarını artırır. Pxenyan rəhbərliyi 2025-ci ilin ilk yarısında Yapon dənizi istiqamətində nüvə başlığı daşıya bilən bir sıra qitələrarası raketlər buraxıb.