Vaxt.Az

Fransada irqçilik şiddətlənir


 

Parisdə məscidlərin önünə 9 donuz başı atılıb

Fransada irqçilik şiddətlənir Fransada müsəlmanlara qarşı irqçilik hərəkətləri kütləviləşib. Belə ki, Parisdə məscidlərin önünə ən azı 9 donuz başı atılıb. Hərəkətin məqsədinin müsəlmanları alçaltmaq olduğu bildirilib.

Paris polis rəisi Loran Nunez (Laurent Nunez) sosial mediada açıqlama verərək, “Bu alçaq əməllərin törədənlərini tapmaq üçün hər şeyi edirik” deyib.

Fransa 6 milyondan çox müsəlman vətəndaşı ilə Avropanın ən böyük islam dininə sitayiş edən əhaliyə malik ölkələrdən biridir.

Paris prokurorluğu əlavə edib ki, başqa bir donuz başı şəhərin şimalında yerləşən bir məscidin önündəki sənəd çantasının içində tapılıb.

Məlumata görə, başların tapıldığı bir yerə mavi rənglə “Macron” yazılmışdı. Bu da siyasi və maliyyə böhranı içində olan Fransa Prezidenti Emmanuel Makrona işarə kimi qiymətləndirilir.

Paris polisi hadisəyə görə ayrı-seçkiliyi təşviq edən nifrət cinayəti üzrə istintaq başladıb.

Fransa daxili işlər naziri Bruno Retaylo hücumları qınayaraq deyib: “Müsəlman vətəndaşlarımızın inancını rahat yaşaya bilmələrini istəyirəm. Onların incindiyini başa düşürəm”.

 





09.09.2025    çap et  çap et