Hərbi mənbələrdən «Qafqazinfo» ya daxil olan məlumata görə, budəfəki parad Azadlıq Meydanında deyil, ölkənin böyük hərbi poliqonlarından birində keçiriləcək.
Parad Şamaxıda Azərbaycanın ən böyük poliqonu olan Pur poliqonunda keçiriləcək. Azərbaycan budəfəki paradda bütün hərbi-texniki potensialını nümayiş etdirmək niyyətindədir. Paradda ilk dəfə olaraq ordu üçün alınan T 90 tankları nümayiş olunacaq.
Qeyd edək ki, bu, Zakir Həsənovun nazir postunda ilk paradı olacaq.
Xatırladaq ki, Azərbaycanda son illər Silahlı Qüvvələr Günü paradların keçirilməsi ənənəyə çevrilib.