Vaxt.Az

Kriptovalyuta qoruma altına alınır?


 

“Wall Street” nəhəngindən qızıl dəstəklı “Bitcoin” fondu təklifi

Kriptovalyuta qoruma altına alınır? “Wall Street”in önəmli investisiya şirkətlərindən “Cantor Fitzgerald” investroları “Bitcoin”in kəskin qiymət dalğalanmalarına qarşı qorumağa yönəlmiş yeni bir fon təqdim edib. “Cantor Fitzgerald Gold Protected Bitcoin Fund” adı ilə elan olunan fond “Bitcoin”in uzunmüddətli yüksəliş potensialından faydalanmağı hədəfləyir, eyni zamanda qısa müddətli itkilərə qarşı qızıl dəstəyi ilə təhlükəsizlik təmin edir.

Fondun təqdimatı ilk dəfə may ayında Las-Veqasda keçirilən “Bitcoin 2025” konfransında olmuşdu. Dünən rəsmi olaraq başlanan fondun məqsədi, “Bitcoin” yatırımlarında ehtiyatlı yanaşan və ya geri çəkilən yatırımçıların etibarını yenidən qazanmaqdır. Şirkət bildirir ki, bu strategiya “Bitcoin”in güclü performansını əldə etməklə yanaşı, bazarda düşüş dövrlərində yaxşı performans göstərən qızıl ilə yatırımçılara balans təmin edir.

Şirkətin rəsmi açıqlamasına görə fond, qısa müddətli dalğalanman azaltmaq və korelyasiya artımlarının təsirini məhdudlaşdırmaq məqsədi daşıyır. Beləliklə, yatırımçılar həm “Bitcoin” bazarındakı yüksəlişlərdən faydalana bilər, həm də qızıl vasitəsilə portfellərini qoruyurlar.

 

“Bitcoin” ilin əvvəlinə nisbətən 20% artıb, lakin dalğalanma davam edir

 

“Bitcoin” son 24 saat ərzində 0,75% artımla 112.650 dollar səviyyəsində hərəkət edir. İlin əvvəlinə nisbətən isə 20%-dən çox dəyər qazancı var. Lakin keçən ay çatdığı 124.447 dollarla bütün zamanların rekord səviyyəsindən təxminən 9% azalma müşahidə olunub. Tarixə baxıldığında, qazancın ümumiyyətlə güclü, amma yüksək dalğalanmalarla müşayiət olunduğu görülür.

2021-ci ilin boğa rallisində 69.000 dolları keçən “Bitcoin”, bir il ərzində 16.000 dolların altına düşmüşdü. Yeni dövrün hələ zirvəsini görmədiyini düşünən analitiklər bildirirlər ki, bazara daxil olan institusional yatırımçılar və təsdiqlənmiş spot “Bitcoin ETF”ləri dalğalanmanı qismən azaldıb.

 

Qızıl səhmdarlar üçün təhlükəsiz liman olaraq qalır

 

Fondun qoruma elementi olan qızıl isə ilin performansı ilə diqqət çəkir. Bu gün 3.659 dollara çataraq yeni rekord qırıb və ilin əvvəlinə nisbətən 37%-dən çox dəyər qazanıb. Bu yüksəlişdə ABŞ iqtisadiyyatına dair qeyri-müəyyənliklər, inflyasiya narahatlıqları və qlobal makroiqtisadi risklər rol oynayıb.

“Cantor Fitzgerald” “Bitcoin” mövzusunda “Wall Street”in ən erkən və açıq müdafiəçilərindən biridir. Şirkət, həmçinin dünyanın ən böyük sabit kriptovalyutalarından biri olan USDT-nin ehtiyat idarəçiliyində də iştirak edir. Keçmiş CEO Hovard Lytnik (Howard Lutnick) 2024 seçkilərində Donald Trampın kampaniya müşaviri olmuş və sonradan ABŞ Ticarət Nazirliyinə təyin edilmişdi.

 





09.09.2025    çap et  çap et