Vaxt.Az

AYB-dən ayıb hərəkət


 

«Deyəsən məni artıq ölmüş bilirlər...»

AYB-dən ayıb hərəkət Hepatit C virusundan əziyyət çəkən Məryəm Şahverdiyeva ANS PRESS-ə açıqlamasında, Azərbaycan Yazıçılar Birliyinin bu gün öz işinə başlayan XII qurultayına dəvət almadığından şikayətləndi:


«8 ildir AYB-nin üzvü, 30 ildir Jurnalistlər Birliyinin üzvü Məryəm Şahverdiya AYB-nin Aran bölməsinin sədri Sərvad Hüseynoğlu mənə bildirmişdi ki, qurultaya dəvət alacam. Düşünürəm ki, xəstə olduğum üçün adım siyahıdan çıxarıldı. Belə çıxır ki, artıq məni ölmüş bilirlər. Ağır vəziyyətdəyəm, dəvət alsaydım belə qurultaya qatıla bilməyəcəkdim. İrandan müalicədən yeni qayıtmışam. Həkimlər son ümid kimi Türkiyəni məsləhət bilirlər. Ona da mənim maddi imkanım çatmır».

Qurultayda iştirak etsəydim, sözümü onlara çatdıracaqdım. Səhhətim imkan vermədi ki, qurultaya teleqram göndərim. Təbrik etmək üçün deyil, kömək istəyəcəkdim qurultay iştirakçılardan. Hepatit C-dən əziyyət çəkirəm, 464 nəfərin hər birindən kontur pulu belə yığılsaydı müalicəmin pulu düzələrdi.»

«Niyə bizim qədrimizi bilmirlər, ölümlə çarpışıram. Budurmu şairə, yazıçıya veriləm qiymət?»-deyən şairə xanım, ümidinin ancaq imkanlı şəxslərə qaldığını deyir.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, İmişli rayon sakini şairə Məryəm Şahverdiyeva diş çəkdirərkən Hepatit C virusuna yoluxub.

Məryəm Şahverdiyeva «Məhsəti Gəncəvi», «Qızıl Qələm», «İti Qələm», Mir Mövsüm Ağa fəxri mükafatı laureatıdır. 2010-cu ildə Məryəm Şahverdiyeva xeyriyyəçilik fəaliyyətinə görə «Hacı Zeynalabdin Tağıyev» adına mükafata layiq görülüb, İstedadlı yazıçı kimi « XX əsr Azərbaycan Yazıçıları» enisiklopedik kitabına adı düşüb.

 





17.06.2014    çap et  çap et