Türk Cenevrədə keçirilən İnsan Haqları Şurasının 60-cı sessiyasının açılışında çıxış edərək, vəziyyəti “narahatedici şəkildə beynəlxalq hüququn eroziyası” kimi qiymətləndirib. O vurğulayıb ki, uzun illərdir mövcud olan savaş qaydaları indi demək olar heç bir hesabatlılıq olmadan pozulur.
Ali komissar nümunə olaraq Rusiyanın Ukraynaya qarşı müharibəsini, Sudandakı vətəndaş qarşıdurmasını göstərib.
Türk həmçinin, Çinin hərbi parad keçirməsindən və ABŞ Prezidenti Donald Trampın Müdafiə Nazirliyinin adını “Müharibə Nazirliyi” olaraq dəyişdirmə göstərişindən bir neçə gün sonra açıqlama verdiyini xatırladıb: “İstər hərbi paradlarda, istərsə də sərt ritorikada hər yerdə savaş təbliğatı aparılır. Təəssüf ki, nə sülh paradları, nə də sülh nazirlikləri var”.