Vaxt.Az

Məktəblərdə ağıllı telefon qadağası


 

Daha bir Avropa ölkəsi qonşularına qoşuldu

Məktəblərdə ağıllı telefon qadağası İsveç hökuməti 2026-cı ildən etibarən ibtidai və orta məktəblərdə ağıllı telefonların istifadəsini qadağan edəcək. Qərarın dərs fasilələrində də tətbiq olunacağı bildirilib.

İsveç Təhsil Naziri Simona Mohamsson, İsveçin rəsmi radiosu SR-yə verdiyi açıqlamada, ölkə üzrə bütün ibtidai, orta və lisey məktəblərində 2026-cı ildən etibarən ağıllı telefonların istifadəsinin qadağan olunacağını bildirib.

Mohamsson, hökumətin təklifin həyata keçirilməsi üçün 10 milyon dollar büdcə ayırdığını diqqətə çatdırıb və “Şagirdlər TikTok-da vaxt itirmək əvəzinə dərs fasilələrində dostları ilə vaxt keçirməyi və futbol oynamağı öyrənməlidirlər” deyib.

Almaniya, İngiltərə və Fransa da məktəblərdə ağıllı telefon qadağası tətbiq edən digər ölkələr arasındadır.

 





09.09.2025    çap et  çap et