Vaxt.Az

Qızıl tarixi zirvəyə yaxın ticarət olunur


 

Bu gün və sabah açıqlanacaq məlumatlar gələcəyi müəyyən edəcək

Qızıl tarixi zirvəyə yaxın ticarət olunur Qızıl unsiya başına 3 min 643 dollarla rekorda yaxın hərəkət edir. ABŞ-da mümkün faiz endirimləri və bu gün açıqlanacaq PPI (Producer Price Index – İstehsalçı Qiymət İndeksi), sabah isə açıqlanacaq CPI (Consumer Price Index – İstehlakçı Qiymət İndeksi) göstəricilərinin yaxından izlənilməsi qızıl qiymətlərinin yüksəlişini davam etdirməsinə səbəb olub.

Spot qızıl 3 min 643 səviyyəsində ticarət olunur. Qızıl dünən 3 min 673 dollarla tarixi zirvəsini görmüşdü.

Açıqlanacaq inflyasiya göstəriciləri də FED-in faiz siyasətinə dair yeni işarələr verəcək.

Hökumətin dünən yayımladığı məlumatlara görə, ABŞ iqtisadiyyatı mart ayına qədərki 12 ayda əvvəlki proqnozdan 911 min daha az məşğulluq təmin edib. Ötən həftə açıqlanan qeyri-kənd təsərrüfatı məşğulluq rəqəmləri də əmək bazarının zəiflədiyinə işarə edərək FED-in sentyabr iclasında faiz endirimlərinə getmə ehtimalını artırıb.

Bazar iştirakçıları arasında 25 baza bəndlik endirimin həyata keçiriləcəyi gözləntisi üstünlük təşkil edir, 50 baza bəndlik daha güclü bir addımın ehtimalı isə təxminən 6% ilə 10% arasında qiymətləndirilir.

Qızıl qiymətləri bu il 38% yüksələrək, 2024-də qeydə alınan 27%-lik artımı da geridə qoyub.

 





10.09.2025    çap et  çap et