Vaxt.Az

Məktəbə hücuma hazırlaşan uşaq həbs edildi


 

Evindən silah arsenalı tapıldı

Məktəbə hücuma hazırlaşan uşaq həbs edildi ABŞ-da 13 yaşlı bir uşaq, sosial mediada məktəb hücumlarını xatırladan paylaşımları səbəbindən həbs edilib. Evində bəzi silahlar ağır olmaqla 23 silah və sursat aşkarlanıb.

ABŞ-ın Vaşinqton ştatında, “məktəb hücumlarına obsesiyalı” olduğu düşünülən 13 yaşlı oğlan uşağının hücum niyyətinə dair sosial media paylaşımlarından sonra tutulduğu və evində 23 silah və sursat tapıldığı bildirilib.

Uşaq, həftəsonu Sitlda, Pirs Caunti bölgəsində evinə keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Evdə divarlara montaj edilmiş taktiki üslubda tüfənglər və tapançalar tapılıb.

Uşağın otağında isə bir tısbağa qəfəsinin altında ağır bir çantanın içində silah daraqları yerləşdirilmişdi.

Daraqların üzərindəki yazılarda kütləvi məktəb hücumlarına istinadlar olduğu müəyyən edilib.

Polisin açıqlamasına görə, uşağın sosial media paylaşımlarından birində “21 yaşım olanda insanları öldürəcəyəm” yazılmışdı.

Başqasında isə “hər şey bitdi! vaxtım demək olar ki, gəlib çatdı!” ifadələri yer alıb.

Polis uşağın valideynlərinə qarşı aparılan istintaqın davam etdiyini bildirib.

 





10.09.2025    çap et  çap et