Vaxt.Az

Onlarla konteyner dənizə töküldü


 

Xəsarət barədə məlumat verilmir

Onlarla konteyner dənizə töküldü Amerikanın ən sıx ikinci limanı olan Cənubi Kaliforniyadakı “Long Beach” limanında konteyner qəzası baş verib.

Çinin Yantian Limanından “Long Beach”ə yüzlərlə konteyner daşıyan Portuqaliya bayraqlı “Mississippi” adlı 255 metr uzunluğundakı gəminin 67 konteyneri hələ məlum olmayan səbəbdən dənizə düşüb.

Hər hansı xəsarət barədə məlumat verilməyib və limandakı digər əməliyyatların təsirlənmədiyi qeyd olunub.

“Long Beach” limanı sözçüsü Art Marroquin bildirib ki, terminaldakı yük əməliyyatları konteynerlərin təhlükəsiz şəkildə sabitləşdirilməsi üçün müvəqqəti dayandırılıb.

 





10.09.2025    çap et  çap et