Vaxt.Az

Durov Makrondan qisasını alır


 

“Fransadakı etirazlarda “Telegram”ın istifadə olunmasından qürur duyuram”

Durov Makrondan qisasını alır “Telegram”ın qurucusu və baş direktoru Pavel Durov Fransada Prezident Emmanuel Makronun siyasətinə qarşı “Telegram”dan istifadə olunmasından məmnundur.

Durov “X” sosial media platformasındakı hesabından paylaşım edərək, Fransadakı etirazlarla bağlı fikirlərini açıqlayıb.

O qeyd edib ki, ölkədəki siyasi rəhbərlik 8 ildir vətəndaşları laqeyd yanaşır: “İnsanlar boş ictimaiyyətlə əlaqələr və süni danışıqdan yorulub və qarşı çıxmağa başladılar. “Telegram”ın Makronun uğursuz siyasətinə qarşı Fransadakı etirazlarda bir vasitə olmasından qürur duyuram”.

Durov 2024-cü ilin avqustunda Fransada saxlanılmış və 96 saatlıq həbs müddətindən sonra məhkəmə tərəfindən 5 milyon avro girov və məhkəmə nəzarəti şərti ilə azad edilmişdi.

O həmçinin Fransada saxlanılmasının Fransız polisinin səhvi nəticəsində baş verdiyini iddia etmişdi.

 





10.09.2025    çap et  çap et