Vaxt.Az

Almaniyada gənc siyasətçinin evini polis basdı


 

Məhkəmə sərt reaksiya göstərdi

Almaniyada gənc siyasətçinin evini polis basdı Almaniyanın Sauerland bölgəsində yaşayan 17 yaşlı SPD-li gənc siyasətçi Nela Krusçinskinin evinə edilən polis basqını, hüquqi əsas olmadığı üçün məhkəmə tərəfindən qanunsuz hesab edildi.

Hadisə, siyasət və məhkəmə əlaqələrinə dair müzakirələrə səbəb oldu.

 

“Merz aufs Maul” yazısı üzrə araşdırma başladı

 

Hadisənin başlanğıcı, 2025-ci ilin yanvar ayında CDU Ümumi Sədri Fridrix Merts’in seçki mitinqi öncəsi divarlara yazılan “Merz aufs Maul” və “Antifa in die Offensive” şüarlarına əsaslanır.

Krusçinski, bu qraffiti hərəkətləri ilə əlaqəli şübhəsi ilə 1 aprel səhəri polis tərəfindən evində axtarışa məruz qaldı. Polis gənc siyasətçinin telefonuna, kompüterinə və şəxsi qeydlərinə əl qoydu.

Arnsberq Əyalət Məhkəməsi edilən axtarışın hüquqi əsasının olmadığını bildirdi. Məhkəməyə görə, konkret bir sübut yox idi. Araşdırmada yalnız bir şahidin “tanımadığı iki nəfər”in hadisə yerində olduğunu deməsi və anonim bir məlumat məktubu vardı. Bu elementlərin axtarış qərarı üçün yetərli olmadığı vurğulandı.

Cinayət hüququ üzrə ekspert Till Zimmermann da, “Şübhə yalnız abstrakt səviyyədə qalıb. Heç bir birbaşa əlaqə və konkret cinayət elementi yoxdur”, – deyərək məhkəmə qərarını dəstəklədi.

 

Merzin həyat yoldaşı məhkəmədə işləyirdi

 

Hadisə ilə bağlı diqqət çəkən başqa bir məqam da, axtarış qərarının verildiyi məhkəmənin idarəsində Fridrix Mezin həyat yoldaşı Şarlot Merzin olmasıdır.

Şarlot Merz prosesi təsir etmədiyini və heç bir məlumatı olmadığını açıqlayaraq, məhkəmənin müstəqilliyinin qorunması gərəkdiyini müdafiə etdi. Lakin bu təsadüf ictimai müzakirə yaratdı.

 

“30 illik təcrübəmdə belə bir şey görməmişəm”

 

Gənc siyasətçinin vəkili, SPD’li siyasətçi Tomas Kutsxati, dərhal etiraz etdi. Ali məhkəmə bu etirazı haqlı qəbul etdi, axtarışın qanunsuz şəkildə aparıldığına qərar verdi.

Kutsxati, “30 illik hüquq kariyeramda bu qədər əsassız polis müdaxiləsi ilə rastlaşmamışam”, – deyərək qərarı sərt tonda tənqid etdi.

Araşdırma sənədlərində diqqət çəkən başqa bir məqam da, prokurorluğun axtarış tələbinə rəsmi olaraq təsdiq verməməsi idi. Qərar yalnız polis tərəfindən hazırlanmış tövsiyəyə əsasən verilmiş, prokurorluqla heç bir rəsmi əlaqə qurulmamışdı.

 





10.09.2025    çap et  çap et