SPD-li siyasətçi Donani, sabiq kansler Merkelin müşaviri Erik Vad (Erich Vad) ilə birlikdə “Hamburger Abendblatt” qəzetinə verdiyi müsahibədə bildirib: “Ən böyük səhvimiz diplomatiyanı yalnız amerikalılara buraxmaqdır”.
Uzun illər şəhər meri olmuş Donani ABŞ Prezidenti Donald Trampın danışıqlar yanaşmasını dəstəkləyir: “Trampın analizinə tamamilə razıyam: Bu işi biz başladıq. İndi də özümüz həll etməliyik”.
“Avropa müdaxilə etməlidir”
Donani Rusiyanın Baltik ölkələrinə qarşı təhdid məsələsinin gerçək olmadığını vurğulayır: “Bunu tamamilə absurddur hesab edirəm. Mövcud müharibə vəziyyəti ilə artıq başa çıxmaqda çətinlik çəkən Prezident Putin niyə müharibəni daha da genişləndirsin ki?”
97 yaşlı SPD-li siyasətçi Almaniyanın xüsusi bir məsuliyyəti olduğunu düşünür: “ABŞ-da, bizdə müharibə çıxsa heç bir pəncərə şüşəsi qırılmayacaq. Buna görə Avropa müdaxilə etməlidir”.
Hamburqlu sabiq siyasətçi vurğulayıb ki, “Rusiyaya sülh olmadan Avropada heç vaxt sülh olmayacaq”.