Vaxt.Az

Gecikmə, xidmət çatışmazlığı


 

Almaniya dəmiryolu vağzalları Avropanın ən pisləri seçildi

Gecikmə, xidmət çatışmazlığı Almaniyadakı dəmiryolu vağzalları Avropada ən aşağı qiymət alanlar arasında yer aldı. Gecikmələr, xidmət çatışmazlığı və infrastruktur problemləri önə çıxır.

ABŞ mərkəzli “Consumer Choice Center” adlı istehlakçı təşkilatı, 2025-ci il üçün hazırladığı “European Railway Station Index” hesabatında Avropada ən çox istifadə olunan 50 dəmiryolu vağzalı qiymətləndirdi.

Hesabatdakı məlumatlar göstərir ki, Almaniyadakı bir çox vağzal Avropa üzrə ən aşağı bal alanlar sırasında yer alıb.

 

Berlin və Dortmund stansiyaları zəif qiymət aldı

 

Siyahının ən aşağı pillələrində olan üç vağzal da Almaniyadan olması diqqət çəkir.

“Berlin-Gesundbrunnen”, “Berlin-Ostkreuz” və Dortmund Mərkəzi Vağzalı (Hauptbahnhof) Avropanın ən pis üç vağzalı olaraq sıralanıb.

Ən aşağı bal alan ilk 8 vağzalın 6-sı Almaniyadadır. Siyahıya həmçinin Berlin Südkreuz, Ştutqart Hauptbahnhof və Bremen Hauptbahnhof da daxil edilib. Bu, Almaniyanın ümumi dəmiryolu vağzalı keyfiyyəti baxımından ciddi problemlər yaşadığını göstərir.

Reytinq – vaxtında çatma nisbəti, bilet xidməti, əlillər üçün giriş, stansiya daxilində imkanlar (məsələn, Wi-Fi), mağaza və xidmət müxtəlifliyi kimi bir çox kriteriyaya görə müəyyən edilib.

Almaniyadakı vağzalların əksəriyyəti bu kriteriyaların bir çoxunda zəif qiymət alıb.

Almaniyada qatarların yalnız 62%-i vaxtında çatır. Bu göstərici, məsələn, İsveçrədə 99%-ə qədər yüksəlir.

Bundan əlavə, bəzi vağzallarda təmizlik, sərnişin istiqamətləndirməsi və texniki baxım sahələrində ciddi çatışmazlıqlar mövcuddur. Ştutqart və Bremen kimi böyük şəhərlərdəki vağzallar memarlıq baxımından diqqətçəkici olsa da, təqdim etdikləri xidmətlər yetərli deyil.

 





10.09.2025    çap et  çap et