Azərbaycanın məqsədi bu ölkələr arasında fikir müxtəlifliyi kontekstində tərəf tutmaq deyil, əksinə konstruktiv rol oynamaq və mümkün olduğu təqdirdə onların bir-birlərini qarşılıqlı şəkildə anlamasına töhfə verməkdir. Biz qətiyyətlə inanırıq ki, regional gərginliklər dialoqa mane olmamalıdır və gizli diplomatiya bəzən yumşalmaya doğru gözlənilməz yollar aça bilər. Biz, məhz bu ruhda hərəkət edirik: ehtiyatlı, tarazlı və məsuliyyətli şəkildə”.
Cənab Əmirbəyovun mövqeyinin mahiyyətində incə, həssas diplomatik nüanslar var. Yəni E.Əmirbəyov İsraillə İran arasında vasitəçilik üçün Azərbaycanın müxtəlif diplomatiya formatlarından istifadə etməsini sensassion mesaj kimi çatdırır.
Ehtimal ki, Azərbaycan İranla İsrailin heç olmasa, texniki xarakterli razılıq əldə etməsi üçün görüşlərin təşkil edilməsinə səy göstərir. Bu, görüşlərin baş tutacağı təqdirdə, Azərbaycan İranla İsrail arasındakı brokerliyini məhdud çərçivələrdən çıxarıb onu daha çoxşaxəli diplomatiya kanalı kimi inkişaf etdirə bilər.
Azərbaycanın hərbi eskalasiya və ya geosiyasi qarşıdurma tərəflərini eyni masa ətrafına cəmləmək təcrübəsi, bunun İran-İsrail münasibətlərindəki elementləri rəsmi Bakının yeni dünya nizamındakı geosiyasi mövqeyinə yenilik gətirir.
Əgər Azərbaycanın diplomatiya marşrutlarını inkişaf etdirərək, bunu 1979-cu il İslam İnqilabından bu yana bir-birlərinə düşmən mövqe sərgiləyən İran-İsrail qarşıdurmasına proyeksiya edirsə, bu, olduqca müsbət haldır.
Bununla belə, Azərbaycanın İranla İsrail arasındakı problemləri köklü olaraq müsbətə doğru əvəzləməsi çətin məsələdir.
Burada sual olunur: Azərbaycan İranla İsrail arasında mümkün genişmiqyası gərginlik zamanı onları razılıq üçün vahid bir diplomatik mövqeyə gətirə biləcəkmi? Hipotetik olaraq, bu, mümkündür, çünki Azərbaycan hər iki tərəfin fikir mübadiləsi aparması və onların bir-birlərinə etimad mühitini formalaşdırmaq üçün unikal imkanlara malik ola bilər.
Ancaq bu, İranla İsrailin strateji mövqelənmələri səbəbilə bir-birlərinə göstərdiyi kəskin rəqabət performasının öhdəsindən gəlmək üçün yetərli olmayacaq.