Vaxt.Az

Məşhur müğənninin maşınında parçalanmış cəsəd tapıldı


 

Özü dünya turuna çıxıb

Məşhur müğənninin maşınında parçalanmış cəsəd tapıldı ABŞ-lı 2005-ci il təvəllüdlü müğənni “D4vd”in avtomobilində parçalanmış cəsəd aşkarlanıb.

ABŞ-lı müğənni Devid Entoni Berk (səhnə adı ilə “D4vd”) adına qeydiyyatda olan “Tesla” markalı avtomobilin baqajında parçalanmış bir cəsəd tapılıb.

Los-Anceles polisi, Hollivudda yerləşən bir evakuator dayanacağında ətrafdakıların güclü qoxu barədə şikayətləri əsasında araşdırma aparıb. Axtarış zamanı avtomobilin baqajında zibil torbasına bənzər kisənin içində ciddi şəkildə parçalanmış və çürümüş vəziyyətdə cəsəd aşkarlanıb.

Polis mənbələrinin məlumatına görə, Texas nömrə nişanlı avtomobil ən azı beş gün əvvəl Hollivud-Hillsdəki dəbdəbəli “Bird Streets” bölgəsindəki dayanacağa tərk edilib.

20 yaşlı “D4vd”in sözçüsü “NBC Los Angeles”ə açıqlamasında, ifaçının hadisədən xəbərdar edildiyini və “hakimiyyət orqanları ilə tam əməkdaşlıq etdiyini” bildirib.

“Tiktok”da 3,6 milyon izləyicisi olan məşhur müğənni hazırda dünya turu çərçivəsində səhnə alır. Berkin hadisə günü Minnesotanın Minneapolis şəhərində konsert verməyə hazırlaşdığı öyrənilib.

 





10.09.2025    çap et  çap et