Vaxt.Az

“Doğuş məqsədli viza ləğv edərik”


 

ABŞ-dan türklərə misli görünməmiş xəbərdarlıq

“Doğuş məqsədli viza ləğv edərik” ABŞ-ın Ankaradakı səfirliyi Türkiyə vətəndaşlarını viza müraciətlərində doğuş məqsədli səyahətə qarşı xəbərdar edib. Səfirlik bildirib ki, ABŞ-da doğum edərək övladlarına vətəndaşlıq qazandırmağı hədəfləyənlərin vizaları rədd ediləcək.

ABŞ səfirliyi sosial media hesabı vasitəsilə yaydığı xəbərdarlıqda belə deyib: “Amerika Birləşmiş Ştatları vizanızı ABŞ-da doğum edib, övladınızın Amerika vətəndaşlığı almasını təmin etmək məqsədilə istifadə etmək qadağandır”.

Xəbərdarlıqda əlavə olunub: “Əgər konsulluq əməkdaşı səyahət məqsədinizin bu olduğuna qərar versə, viza müraciətiniz rədd ediləcək.”

ABŞ vətəndaşı olmayan qeyri-qanuni miqrantların ABŞ-da uşaq dünyaya gətirərək avtomatik vətəndaşlıq qazanması xüsusilə ABŞ prezidenti Donald Trampın gündəmindən düşməyən mövzulardan biri olub.

Tramp dəfələrlə bu hüququ ləğv etməyə hazır olduğunu və miqrant uşaqlarının ABŞ vətəndaşlığı ilə doğulmasının qarşısını almaq istədiyini ifadə edib.

Hələlik isə ABŞ, verdiyi vizaların sayını azaltmaqla və qeyri-qanuni miqrantları müxtəlif ölkələrə deportasiya etməklə məsələyə müdaxilə edir.

 





10.09.2025    çap et  çap et