ABŞ-da avqust ayına dair PPİ (Producer Price İndex – İstehsalçı Qiymət İndeksi) açıqlanıb. Ölkədə istehsalçı qiymət indeksi avqustda əvvəlki aya nisbətən 0,1% azalıb.
“Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların gözləntisi göstəricinin 0,3% artacağı istiqamətində idi.
İyul ayında aylıq istehsalçı inflyasiyası 0,7% olaraq qeydə alınmışdı.
Qida və enerji istisna edildikdə qiymətlər aylıq əsasda 0,1% azalıb.
İllik göstəricilərin də avqust ayında zəiflədiyi müşahidə olunub. İllik istehsalçı inflyasiyası avqustda 2,6% artıb. “Bloomberg” sorğusunda bu göstəriciyə dair gözlənti 3,3% idi.
çap et