Vaxt.Az

“Faiz dərəcəsini böyük ölçüdə endirin”


 

Tramp FED-dən tələb etdi

“Faiz dərəcəsini böyük ölçüdə endirin” ABŞ Prezidenti Donald Tramp inflyasiyanın olmadığını bildirərək, ABŞ Mərkəzi Bankı (FED) faiz dərəcəsini dərhal böyük ölçüdə endirməli olduğunu vurğulayıb.

Tramp “Truth Social” sosial media platformasındakı hesabından paylaşım edib.

ABŞ-da bu gün açıqlanan PPİ (Producer Price İndex – İstehsalçı Qiymət İndeksi) məlumatlarını əsas gətirən Tramp “çox gecikən” ləqəbini verdiyi FED sədri Cerom Paueldən (Jerome Powell) faiz dərəcəsini dərhal böyük ölçüdə endirməsini tələb edib.

Tramp həmçinin Pauel haqqında, “Tam bir fəlakətdir, heç nədən xəbəri yoxdur” şərhini verib.

ABŞ-da PPİ avqust ayında aylıq bazda 0,1% azalarkən, illik bazda 2,6% artaraq gözləntilərin altında qalmışdı.

 





10.09.2025    çap et  çap et