Vaxt.Az

Fransada məktəbə bıçaqlı hücum


 

İki nəfər ağır yaralandı

Fransada məktəbə bıçaqlı hücum Fransanın cənubunda, Antibes şəhərində yerləşən bir məktəbdə bıçaqlı hücum baş verib. Bir müəllim və bir şagird ağır yaralanıb.

İlkin məlumatlara görə, hücum edən şəxs hadisədən sonra məktəb binasında baryer quraraq gizlənməyə çalışıb.

Polis mənbələri daha sonra hücum edən şəxsin tutularaq saxlanıldığını açıqlayıb: “Hücum edən şəxs saxlanılıb, artıq təhlükə yaratmır”. Rəsmi şəxslər hücumçunun məktəbin keçmiş şagirdi olduğunu təsdiqləyib.

Yaralı müəllim və şagird xəstəxanaya yerləşdirilib və vəziyyətlərinin hələ də ciddi olduğu qeyd olunub.

 





10.09.2025    çap et  çap et